Daxildən parçalanmaya nail olmayanlar, sistemin bu maneəni aradan qaldırdığını görəndə növbəti və daha ağır zərbə ilə İslam Respublikasını hədəfə aldı. Həqiqətdə qorxduqları dinin mövcudluğunu müharibə ilə sınağa çəkdilər. İran 1980-ci ilin sentyabrında 8 illik ağır və çətin müharibənin hədəfinə çevrildi. Hər il embarqolara məruz qalan ölkə Qərbin bütün dəstəyi ilə İraq müharibəsinin mərkəzinə çəkildi.
Şübhəsiz ki, bu müharibə on illərdir iqtisadi məngənədə boğulan bir ölkə üçün asan olmayacaqdı. Gözlənilən nəticə isə praktiki dinin xəyallarının beşikdəcə boğulması və sosializm, kapitalizm kimi hakim ideologiyalar qarşısında yoxa çıxması idi.
Lakin İslamın həqiqəti haqqında səthi biliklər bu dəfə də yanlış qənaət sərgilədi. Səkkiz illik gərgin müharibə və saysız-hesabsız insan itkisi rejimin ruhunu genişləndirdi, qəlbini möhkəmləndirdi və ona qələbə libası geydirdi. İran yüz illərin sükutunu dinin — İslam ideologiyasının yaratdığı qələbə inamı ilə dağıtdı və illüziyaları məhv etdi.
Məhz bu dövrdə “İslam Respublikaları” adlı süni dövlətlərin qabardılması, saxta dini liderlərin ortaya çıxarılması ilə vahid güc və idarəçiliyə malik sistem imici yaradıldı. Bu, ideoloji rəqiblər üçün yeganə çıxış yolu idi. Monarxiyaların demokratiya ilə zidd olduğu bir dünyada pərdəarxası liderlər “İslam” adı ilə bu tip dövlətləri tirajlayaraq əsarətdə olan din və düşüncələrini kamuflyaj etdilər. Məqsəd həqiqi İslamın və onun praktiki mövcudluğunun kölgədə qalması idi.
İşlək İslamın sərhədlərini qapamaq, hətta adi dərman ləvazimatlarından məhrum etmək siyasəti ilə sanksiyalar cəhənnəmində boğmaq, İslam həqiqətinin təsirini yavaşıtmağa hesablanmışdı. Medianın hakim olduğu dünyada İslamın təkcə din deyil, həyat tərzi olaraq insanlıq yetişdirmə gücü təhlükə yaradanda qarayaxma və böhtan maşını işə salındı.
Lakin bütün bunlarla yanaşı, bu ideoloji gücün varlığını daxilən etiraf edərək əsas mənbəni — müqəddəs Kitab Quranı şübhələrlə qarşı-qarşıya qoymaq, cəmiyyətdə mənası aydın anlaşılmayan ayələri özünəməxsus izahlarla “iyrənc və qorxulu” göstərmək də planların bir hissəsi idi.
Elmin nailiyyətləri və insan zəkasının “demokratiya” adı altında quldarlıq əsarətini görməsi üçün bircə təkana ehtiyac vardı. İslam əsrlərdir insanlara və insanlığa nicat verəcək gücə, imkanlara və mənəvi paklığa malik olduğunu ortaya qoyacaq fürsəti gözləyirdi. Hz. Muhəmməd (s) ilə doğan günəş bu dəfə İranın imperializm qarşısındakı duruşu ilə yenidən parladı və İslamın real potensialını sərhədləri ilə bərabər nümayiş etdirdi.
4-cü hissənin sonu.
Müharibə dünya insanına İslamın varlığını görmək üçün bir pəncərə oldu (4-cü hissə)