İspaniya hökuməti, İsrailin ölkəni Mülki-Hərbi Koordinasiya Mərkəzindən çıxarma qərarına və Baş nazir Binyamin Netanyahunun təhdidlərinə sərt cavab verib.
İspaniyanın Baş naziri Pedro Sançes Avropa ölkələrinin İsraillə əməkdaşlıq sazişini dayandırmasının zəruri olduğunu bildirib.
Bundan əlavə, ölkənin Gənclər və Uşaqlıq naziri Sira Reqo da İsrailə müraciətlə deyib: “Sizi qaralamırıq, sizi təsvir edirik: Siz soyqırım törədən və cinayətkar bir rejimsiniz və hamınız Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxacaqsınız".
İspaniyanın hökumət başçısı Avropa İttifaqı (Aİ) ilə İsrail arasındakı münasibətlər barədə açıqlamasında Avropa ölkələrini müxtəlif ortaq layihələrlə Aİ-nin müdafiəsini gücləndirməyə çağırıb, eyni zamanda birliyin qlobal səviyyədə daha qətiyyətli mənəvi mövqe tutmalı olduğunu vurğulayıb.
Bu çərçivədə ispan lider Brüsselin beynəlxalq hüquqa “açıq” hörmətsizliyi səbəbindən İsraillə əməkdaşlıq sazişini dayandırmasının vacib olduğunu qeyd edib.
Pedro Sançes İsrailin Livana son hücumlarına və 7 oktyabr 2023-cü ildə Qəzza zolağına başladığı hücuma toxunaraq deyib: “Livanda yeni bir Qəzzanın yaşanmasına imkan verməyək. Çünki beynəlxalq humanitar hüququn açıq pozuntuları qarşısında Avropa ardıcıl şəkildə hərəkət etməlidir”.
Məlumat üçün bildirək ki, İspaniyanın dəfələrlə Təl-Əvivə qarşı mövqe tutduğunu söyləyən İsrail Baş naziri Binyamin Netanyahu bu gün açıqlamasında ABŞ-ın Qəzza razılaşmasına nəzarət etmək üçün ölkənin cənubundakı Kiryat Gatda qurduğu hərbi bazada yerləşən Mülki-Hərbi Koordinasiya Mərkəzindən ispan nümayəndələrinin çıxarılması barədə qərar verdiyini bildirib. Netanyahu İsraillə bağlı diplomatik müharibə aparmaqda ittiham etdiyi İspaniyanı “bunun bədəlini ödəyəcəyi” ilə hədələyib.
Avropa ölkəsi İsrailin təhdidlərinə sərt cavab verdi