İtaliya hökuməti Livanda BMT sülhməramlı karvanı ilə bağlı hadisələrə və İsrailin Hizbullaha qarşı əməliyyatlarında Livan mülki şəxslərinin hədəf alınmasına cavab olaraq İsraillə müdafiə müqaviləsini dondurub.
İtaliyanın Baş naziri Giorgia Meloni çərşənbə axşamı İsrail ilə müdafiə müqaviləsinin avtomatik yenilənməsi prosesinin dayandırıldığını açıqlayıb. Bu müqaviləyə hərbi texnika və texnologiya tədqiqatlarının mübadiləsi də daxil idi.
İtaliyanın Verona şəhərində keçirilən tədbirdə çıxış edən Meloni bildirib: "Mövcud vəziyyəti nəzərə alaraq, hökumətimiz İsrail ilə müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırmaq qərarına gəlib".
İsrail tərəfi Romanın bu addımını ciddiyə almadığını bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Oren Marmorşteyn bildirib ki, "İtaliya ilə təhlükəsizlik müqaviləmiz yoxdur, sadəcə illər əvvəldən qalma boş bir anlaşma memorandumu var. Bu qərar İsrailin təhlükəsizliyinə təsir etməyəcək".
Diplomatik böhran davam edərkən, ABŞ prezidenti Donald Trampdan Meloni ilə bağlı gözlənilməz bir açıqlama gəlib. "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə Tramp siyasi müttəfiq hesab etdiyi Melonini İranla müharibəni dəstəkləməkdən yayındığına görə tənqid edərək deyib: "Təəccüblənirəm, onun cəsarətli olduğunu düşünürdüm, amma yanılmışdım".
İlk dəfə 2006-cı ildə təsdiqlənən və hər beş ildən bir nəzərdən keçirilən müqavilə müdafiə sənayesi əməkdaşlığı, hərbi personalın təlimi, tədqiqat və inkişaf, informasiya texnologiyaları kimi vacib sahələri əhatə edirdi. Lakin, İtaliya hökuməti İsrail qüvvələrini Livanda İtaliya BMT Sülhməramlı Qüvvələrinin (UNIFIL) karvanına "xəbərdarlıq atəşi" atmaqda günahlandırmasından sonra iki ölkə arasında gərginlik artdı.
Bu arada, İsrail İtaliya xarici işlər naziri Antonio Tajani Beyruta səfəri zamanı İsrail hücumlarını "qəbuledilməz" adlandırdıqdan sonra İtaliyadakı səfirini geri çağırıb.
İtaliya İsrailin arasında hərbi əməkdaşlıq dayandırılıb