Türkiyə İsrail ilə münasibətlərin normallaşdırılmasını yalnız iki dövlətin bir-birini tanınması ilə mümkün sayır

Ankara İsrail ilə münasibətlərin normallaşdırılmasına qarşı deyil, lakin bunun üçün müəyyən siyasi və humanitar şərtlər yerinə yetirilməlidir.

Bunu XİN rəhbəri Hakan Fidan bildirib.

Türkiyəli diplomat Fələstin məsələsi ilə bağlı vəziyyətin və Qəzza zolağında davam edən münaqişənin münasibətlərin bərpasına əsas maneə olaraq qaldığını qeyd edib. O, əlavə edib ki, Türkiyə humanitar böhranın bitməsini və iki dövlətli həll yolunda irəliləyiş gözləyir.

Fidan vurğulayıb ki, Ankaranın problemi İsrailin bir dövlət kimi mövcudluğunda deyil.

Nazirin sözlərinə görə, fikir ayrılıqları əsasən İsrail rəhbərliyinin fələstinlilərə qarşı siyasəti və Qəzzadakı hadisələrlə bağlıdır. O, mövcud vəziyyət dəyişərsə, iki ölkə arasında münasibətlərin bərpasının mümkün olduğunu açıq şəkildə bildirib.