İsrail ordusunun Qəzza zolağının mərkəzinə hücumu nəticəsində ən azı 4 fələstinli şəhid olub, 15 nəfər yaralanıb.
Yerli mənbələrə görə, İsrail ordusu Qəzza şəhərindəki bir binaya hava hücumu həyata keçirib.
Hücumdan sonra binaya ciddi ziyan dəyib və əraziyə çoxsaylı axtarış-xilasetmə və tibbi qruplar göndərilib.
Fələstin Qızıl Aypara Cəmiyyətinin açıqlamasında bildirilir ki, ilkin məlumatlara görə, İsrail hücumu nəticəsində ən azı 4 fələstinli həlak olub, 15 nəfər yaralanıb.
Bu arada, İsrail ordusunun açıqlamasında hücumun Qəzzadakı HƏMAS-ın "iki yüksək vəzifəli üzvünü" hədəf aldığı iddia edilib.
Dünən İsrailin Qəzzaya hava hücumunda HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Avdeh də daxil olmaqla 6 nəfər şəhid olub.
10 oktyabr 2025-ci ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu Qəzzaya hücumlarını fasiləsiz davam etdirir. Fələstin hakimiyyət orqanlarının məlumatına görə, atəşkəsdən bəri İsrailin Qəzzaya hücumlarında 910-dan çox fələstinli həlak olub.
İsrail Qəzzada daha 4 fələstinlini qətlə yetirdi