Məqsəd və iradə insan varlığının əsas qayəsini təşkil edən ən mühüm amillərdəndir. Məqsədin həqiqəti insanın nümayiş etdirdiyi iradə və əzmkarlıqla öz təsdiqini tapır, onun həyatında ölümsüz iz qoyur. Tarix boyu zamanın fövqündə dayanan şəxsiyyətlərin əbədiliyi də məhz böyük hədəfləri, sarsılmaz iradələri və mətinlikləri sayəsində gerçəkləşmişdir.
Şübhəsiz ki, ən böyük uğurlar İlahi razılığa və insanlığa xidmət amalına söykənir. Həyat da məhz bu iki ali prinsip uğrunda çalışan insanlara mənəvi ucalıq bəxş edir və onları zaman keçsə belə dəyərli simalara çevirir.
Bu gün də belə insanların mövcudluğu danılmaz həqiqətdir. Onların missiyası cəmiyyətə motivasiya verir, insanları ruhlandırır və zaman keçdikcə həmin şəxsiyyətləri daha geniş şəkildə tanıdır, sevdirir.
Belə insanlardan biri də həyatının böyük hissəsini mübarizə və mücadilə, digər hissəsini isə elm və mərifət yolunda keçirən Hacı Tale Bağırzadədir. Dostları onun polad iradəsinə heyranlıq duyur, düşmənləri isə sarsılmaz ruhunu etiraf etməyə məcbur qalırlar. O isə bütün varlığı ilə yalnız İlahi vəzifə və insanlığın nicatı uğrunda dözüm və mübarizə nümayiş etdirir.
Təəssüf ki, cəmiyyətin çox az hissəsi onu həqiqi mənada tanıyır. Hakimiyyətin illərlə apardığı qarayaxma siyasəti nəticəsində Hacı Tale Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib.
İllər onun gəncliyini, cəmiyyətə verə biləcəyi saysız faydaları və azadlıqda qazana biləcəyi böyük uğurları əlindən aldı. O, valideynlərinə xidmət səadətini, övladlarına ata sevgisini, yaxınları ilə ünsiyyət gözəlliyini dəmir barmaqlıqlar arasında yaşamağa məhkum edildi.
Lakin bütün bunlara baxmayaraq, Tale Bağırzadə özünü hər zaman haqqın yanında, zülmün qarşısında görən bir insan olaraq qaldı. Ömrünün hər günü tarixə yeni bir səhifə yazır. Onun həyatı təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də həqiqi insanlıq missiyasının nümunəsi kimi böyük mesajlar daşıyır.
Son həbsindən keçən 11 illik məhbəs həyatı onun ruhunu daha da mətinləşdirib, vüqarını daha da ucaldıb. Cismini dəmir barmaqlıqlar arasında saxlamaq mümkün olsa da, Tale Bağırzadənin ruhu bütün haqsızlıqlardan, zülmdən və məhdudiyyətlərdən daha uca və sərhədsizdir.
Kiçik bir kamerada, kitablar arasında yaşayan bu böyük ürək, məqsədə gedən yolun sarsılmaz iradə və mətinlikdən keçdiyini bir daha göstərir. O, keçmişin örnəklərini bu gün yaşadan və insanlıq adına ölümsüz nümunəyə çevrilən simalardandır.
Tarix bir gün mütləq ona layiq olduğu dəyəri verəcək. Buna şübhə yoxdur.
P.S. Bu bayram günləri ərəfəsində başda Tale Bağırzadə olmaqla bütün dəyərli, şücaətli, dəyanətli və mübariz insanları təbrik edir, Allahdan onlara cismi və mənəvi azadlıq diləyirik.
Həbsxanalara sığmayan mətin iradə...