Mehdi Damətli cəzaçəkmə müəssisəsinə niyə görə köçürülmür?
Şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi layihəsi çərçivəsində tutulan siyasi məhbus, hazırda Umbakı Pentensiar Kompleksində saxlanan Damətli Mehdi Damət oğlu köçürülmə prosesinin heç bir səbəb göstərilmədən yubadılmasından şikayətçidir. Bu barədə onun ailəsi məlumat verib:
"Mehdi 25 aprel 2026-cı il tarixində Kürdəxanı təcridxanasından Umbakıya köçürülüb. Qanuna əsasən 21 gün saxlanıldıqdan sonra məhbus cəzaçəkmə müəssisəsinə köçürülməlidir lakin qanunsuz şəkildə hələ də Umbakıda saxlanılır."
Ailəsinin dediyinə görə, Umbakı Pentensiar Kompleksində Mehdi Damətliyə deyilib ki, o, hər hansı cəzaçəkmə müəssisəsinə köçürülsə də yenidən Umbakıya qaytarılacaq:
“Dəfələrlə məsul şəxslərə müraciət etsə də Mehdiyə konkret bir səbəb gösətrilməyib. Amma deyilib ki, onu hansı müəssisəyə aparsalar da az müddətdən sonra müxtəlif bəhanələrlə Umbakı Pentensiar Komplekisnə, ciddi rejimə qaytaracaqlar:
“Mehdiyə deyilib ki, 3 ay, yaxud 1ildən sonra da hər hansı cəzaçəkmə müəssisəsinə köçürülsə də, az müddətdən sonra yenidən Umbakıya qaytarılacaq. Dəfələrlə məsul şəxslərə müraciət etməsinə baxmayaraq müxtəlif bəhanələrlə gözlədilib və bununla bağlı heç bir açıqlama verilmir. Qanunsuz şəkildə Umbakıda saxlanıldığı üçün Mehdi 27 may tarixindən aclıq aksiyasına başlayıb.”
YADDAŞ
22 oktyabr 1996-ci il tarixində Sabirabad rayonu, Muradbəyli kəndində dünyaya gələn Damətli Mehdi Damət oğlu 12 avqust 2025-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("banditzm") əməkdaşları tərəfindən saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun haqqında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb və 3 aylıq istintaq müddəti təyin edilib. İttiham aktında bildirilir ki, Damətli Mehdi saxlanılarkən üstündə 9,75 qram çəkidə psixotrop maddə olan metamfetamin olub. Lakin Mehdi Damətli məhkəmə çıxışında bildirib ki, ilk dəfə narkotik maddəni polis idarəsində görüb: "30 yaşım var, bu yaşıma qədər nəinki narkotik vasitə satmaq və ya istifadə etmək, real həyatda belə görməmişdim, ta ki idarədə verilənə qədər ki, al bu sənindir. Mənim həbs olunmağımın əsas səbəbi dindar, inanclı şiə olmağımdır.”
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi ilə 09.04.2026-cı il tarixində keçirilən prosesdə yetərli dəlil-sübut olmadığı üçün 234.4.3 maddəsini 234.1-1 maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Mehdi Damətli 3 il müddətinə azadlıqdan məhrum edilib.
Arzu Abdullah
Siyasi məhbus Umbakı-da aclıq aksiyasına başlayıb