Bəqayi: İran və ABŞ arasında mesaj mübadiləsi davam edir, lakin yekun razılaşma olmayıb

İranın Xarici İşlər Nazirliyinin sözçüsü “İran vaxtı” proqramında İran - ABŞ danışıqlarının son vəziyyəti ilə bağlı sualı cavablandırıb. O, məsələ ilə bağlı bildirib ki, “Mesaj mübadiləsi davam edir, lakin hələ yekun razılaşma əldə olunmayıb

Biz "mütləq olmalıdır" dilinə 47 il əvvəl vida etmişik. Qərb tərəfindən heç kim İran İslam Respublikası haqqında danışarkən "olmalıdır" dili ilə danışa bilməz. Biz İran xalqının maraq və hüquqlarına əsaslanaraq öz qərarlarımızı veririk. Bu, əsas prinsipdir.

ABŞ-nin “dəniz blokadası” adlandırdığı addım əvvəldən qeyri-qanuni olub; bu, həm atəşkəsin pozulması, həm də beynəlxalq dənizçilik azadlığına maneədir. Gözləmək lazımdır ki, onlar bu bəyanatlarını realda icra edəcəklər, yoxsa bu sadəcə təbliğat xarakterli iddiadır. Əgər icra edilsə, bu, əslində əvvəl başlanmış qeyri-qanuni addımın dayandırılması demək olacaq.

Mən dediyim kimi, indi də burada danışdığım anda belə mesaj mübadiləsi davam edir, lakin yekun razılaşma mövcud deyil.

O, Hörmüz boğazı ilə bağlı qeyd edib ki, bu ərazi İran və Omanının ərazi sularında yerləşir və xüsusi həssas vəziyyət mövcuddur. Bu təcrübəni nəzərə almamaq mümkün deyil.

İran və Oman kimi məsuliyyətli ölkələr həm öz milli maraqlarını və təhlükəsizliyini qoruyan mexanizmlər formalaşdırmalı, həm də beynəlxalq ictimaiyyətə bu marşrutdan dəniz hərəkətinin təhlükəsiz şəkildə təmin olunduğuna dair zəmanət verməlidirlər.”