Tofiq Yaqublu cəzaçəkmə müəssisəsinə köçürülüb

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bu barədə onun qızı Nigar Həzi sosial media hesabında xəbər verib.

Onun sözlərinə görə, atası telefon danışığında aprelin 13-də cəzaçəkmə müəssisəsinə köçürüldüyünü bildirib.

T.Yaqublu indiyədək Bakı İstintaq Təcridxanasında saxlanılırdı.

Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.