Alulbeyt Alimlər Birliyi üzvləri Həzrət Abbas Ziyarətgah Kompleksində olublar

Dünyanın müxtəlif ölkələrində xidmət edən dəyərli Əhli-Beyt alimlərinin üzvlüyü ilə qurulan Alulbeyt Alimlər Birliyinin heyəti bu gün Kərbəlada Həzrət Əbəlfəzl Abbas (ə) Ziyarətgah Kompleksində olublar.

Birliyin nümayəndə heyəti, Həzrət Əbəlfəzl Abbasın (ə) Türbəsinin rəsmilərindən Seyid Faiz Şəhristani tərəfindən qarşılanıb.

Səmimi şəraitdə keçən görüşlərdən sonra, qonaqlar Həzrət Abbasın (ə) ziyarətgahını ziyarət ediblər.

Qeyd edək ki, bu görüşdə Gürcüstan, Azərbaycan, Türkiyə, İraq ruhaniləri iştirak ediblər.