Hacc ziyarəti üçün qeydiyyat bitdi

2026 il üçün Hacc kvotası tamamlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Hacc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, 1150 nəfər Hacc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.

"Kvotanın tamamlanmasına baxmayaraq, müraciətlər davam edir. Amma yer bitib. Onlar yalnız gələn il müraciət edə bilərlər", - Vüsal Cahangiri bildirib.

Qeyd edək ki, 180 nəfərdən ibarət ilk zəvvar qrupunun uçuşu 17 may tarixində olacaq.

Xatırladaq ki, 2026-cı il Hacc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.