İran və Misirdən FİFA-ya etiraz: LGBT aksiyası ləğv edilməlidir

İran və Misirin futbol federasiyaları FİFA-ya məktubla müraciət ediblər.

Belə ki, onlar 2026-cı il Dünya Çempionatı çərçivəsində baş tutacaq İran-Misir futbol matçı zamanı LGBT-yə dəstək aksiyasının ləğv edilməsini tələb ediblər.

Sözügedən təxribat Dünya Çempionatının Təşkilat Komitəsi tərəfindən planlaşdırılıb.

ABŞ-da yerləşən “Lumen Field” stadionunda 26 iyun tarixində LGBT-yə dəstək aksiyasının keçirilməsi planlaşdırılır. Püşkatma nəticəsində məlum olub ki, həmin gün stadionda İran-Misir oyunu keçiriləcək.

Qeyd edilib ki, bu cür aksiya İran və Misirin mədəni, dini və sosial dəyərlərinə ziddir.

Xatırladaq ki, DÇ 2026-cı il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Orada 48 milli iştirak edəcək. Final Nyu-Cersi ştatında Metlayf stadionunda baş tutacaq.