18 illik mübarizədən sonra Almaniyada məscid istifadəyə verilib

Almaniyanın Erfurt bölgəsinin paytaxtı Türingiya şəhərində ilk məscid istifadəyə verilib.

Müsəlman ibadətgahı mübarək Ramazan ayının gəlişindən cəmi bir neçə gün öncə açılıb.

Məscidin 8 metrlik minarəsi var.

Məscidin inşası planı 2007-ci ildə start götürsə də, bir sıra cərəyanların, xüsusilə də radikal sağçıların törətdiyi əngəllər səbəbi ilə bu qədər – 18 il uzanıb.

Lakin nəhayət ki, məscidin tikintisi başa çatıb və açılış mərasimi də nisbətən sakit bir şəraitdə baş tutub. Polisin məlumatına görə, açılış zamanı az sayda radikal etirazçı olsa da, tədbir ciddi insident olmadan keçib.

Qeyd edək ki, məscid tam şəkildə yerli müsəlmanların ianələri hesabına təxminən 1,4 milyon avroya başa gəlib.

Yerli qaydalara əsasən, azan səsi səsucaldanlardan səsləndirilməyəcək.

Xatırladaq ki, son dövrlər Avropada, xüsusilə də Almaniya da islamofobiya hallarında ciddi artım müşahidə edilir.