İmam Hüseyn (ə) Ziyarətgahının evi olmayan xidmətçilərinə Ramazan hədiyyəsi

İmam Hüseyn (ə) Ziyarətgahı tərəfindən Ramazan ayı münasibətilə evi olmayan xidmətçilərə mənzillər təqdim ediləcək.

Məlumata görə, sosial dəstək proqramı çərçivəsində mənzil şəraiti olmayan əməkdaşlar üçün yaşayış evləri ayrılıb. Təşəbbüsün məqsədi xidmətçilərin sosial rifahının yaxşılaşdırılması və onların mənzil probleminin həllinə töhfə verməkdir.

 Böyük mərcə Ayətullahul-uzma Sistaninin Kərbəladakı nümayəndəsi, Kərbəlanın İmam Cüməsi şeyx Əbdülmehdi Kərbəlai evlərə baş çəkərək mənzillərin şəraitilə yaxından tanış olub.