ABŞ-İsrail hücumlarında Ayətullah Əli Xameneinin öldürülməsindən başlayan etirazlardan sonra Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsindəki Skardu şəhərində komendant saatı tətbiq edilib.
Dawn qəzetinin məlumatına görə, Xamneyinin ABŞ-İsrail hücumlarında şəhid edilməsindən sonra Gilgit-Baltistan bölgəsində etirazlar daha da şiddətlənib.
Etirazçılar bölgədəki Birləşmiş Millətlər Təşkilatının (BMT) ofislərinə hücum edib, məktəbləri və polis bölmələrini yandırıblar.
Gigit-Baltistan polisi Skarduda komendant saatı elan edib.
Bölgədəki bütün xarici turistlərin təhlükəsiz ərazilərə təxliyə edildiyi və bəzi yolların təhlükəsizlik səbəbi ilə nəqliyyatın hərəkəti üçün bağlandığı bildirilib.
Gigit-Baltistan bölgəsindəki mağazalar, bazarlar və biznes mərkəzləri bağlı qalıb, ticarət fəaliyyəti isə dayandırılıb.
İslam İnqilabının Ali Lideri Ayətullah Xameneinin ABŞ-İsrail hücumları nəticəsində şəhid edilməsi Pakistanda etirazlara səbəb olmuşdu.
Karaçidə ABŞ və İsrailin İrana hücumlarına etiraz edən bir qrup ABŞ konsulluğuna girməyə cəhd edərkən təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
ABŞ və İsrailin İrana hücumlarına cavab olaraq paytaxt İslamabadda, eləcə də Lahor, Peşəvər və Kvettada etirazlar keçirilib.
İslabadda keçirilən etirazlar zamanı etirazçılarla polis arasında toqquşmalarda ən azı iki nəfər ölüb, 30-dan çox insan yaralanıb. Gilgit-Baltistan bölgəsində etirazçıların Birləşmiş Millətlər Təşkilatının (BMT) ofislərinə hücum etməsi nəticəsində baş verən hadisələrdə 12 nəfərin öldüyü, 80-dən çox insanın yaralandığı bildirilib.
Ayətullah Xameneiyə qarşı sui-qəsdindən sonra Pakistanda komendant saatı tətbiq edilib