Türkiyə ordusu üç istiqamətdən Suriyaya daxil oldu

Türkiyə Silahlı Qüvvələri (TSK) Suriyaya üç istiqamətdən daxil olub.

TSK-nin ölkədə hərbi yerləşdirməyə başladığı bildirilir. Ordu Afrin, Serekaniye və Hələbin şimalına doğru hərəkət edir və bəzi məlumatlara görə, konvoylar Mənbicə doğru irəliləyir.

Suriya hökumət qüvvələri də Deyr əz-Zor bölgəsinə yeni hərbi qüvvələr göndərməyə başlayıb. Yerli mənbələr artilleriya sistemləri ilə birlikdə bölgəyə pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirildiyini bildirir.

Bu addımın Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlunun Dəməşqə səfərindən sonra atılması da diqqət çəkib.