"Qalatasaray"dan inamlı qələbə

Türkiyə Kubokunun A qrupunda "Qalatasaray" - "İstanbulspor" matçı keçirilib.

Üçüncü turun oyunu Okan Burukun yetirmələrinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.

"Qalatasaray"a qələbə qazandıran qolları Mauro İkardi, Lukas Torreyra və Ahmed Kutucu vurublar.

"İstanbulspor"un təsəlli qolunun müəllifi isə Mendi Mamadu olub.

Bununla da "Qalatasaray" qrupda ardıcıl üç oyunda meydandan qalibiyyətlə ayrılıb.