Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov ictimaiyyətə müraciət edərək həyatına təhlükə olduğunu bildirib.
Yanvarın 31-də "OC Media"nın dərc etdiyi məktubda fəal müraciətini demokratik dövlətlərin rəhbərlərinə, demokratik prinsiplərə sadiq partiyalara, beynəlxalq təşkilatlara, mütərəqqi ziyalılara, universitetlərə, akademik icmalara və Qərb dövlətlərinin Bakıda akkreditə olunmuş diplomatik korpuslarına" etdiyini qeyd edib.
"Toplum TV" məktubu olduğu kimi təqdim edir.
"Mən sizə Azərbaycanda həbsdə olan bir dissident, siyasi elmlər üzrə doktorant kimi müraciət edirəm. Tənqidi baxışlarıma və sülhsevər mövqeyimə görə 15 il azadlıqdan məhrum edilmişəm. Dövlət məni “dövlətə xəyanət” və Ermənistan kəşfiyyat orqanları ilə "casusluq”da ittiham edir. Halbuki həbsimə qədər son altı il ərzində Avropada yaşamış, təhsil almış və çalışmışam. 2024-cü ilin avqustunda həbs olunmuşam. Beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarına, o cümlədən petisiyalara, prezident İlham Əliyevə ünvanlanan şəxsi müraciətlərə və 2025-ci ilin dekabrında Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə baxmayaraq, Bakıda qərarverici şəxslər bunları nəzərə almayıblar. Hətta 2025-ci ilin oktyabrında iki ay müddətinə cərimə kamerasına salındım.
Hazırda Bakı məhkəməsi məni Bakının kənarında yerləşən qapalı tipli həbsxanaya göndərməyə hazırlaşır. Bununla da mən yeganə yaxın qohumum və vəkilimlə ünsiyyət imkanlarından məhrum ediləcəyəm. Bu bədnam qapalı həbsxanada ən təhlükəli cinayətkarlar saxlanılır - məhz oraya göndərilməyim son dərəcə həyəcanverici siqnaldır. Dövlətin həyatımı başqasının əli ilə fiziki olaraq sona çatdırmağı planlaşdıra biləcəyindən əsaslı şəkildə narahatam.
Mənim həbsim 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton razılaşmasına ziddir. Həmin razılaşma çərçivəsində Ermənistan və Azərbaycan sülh gündəminə əməl etmək öhdəliyini üzərinə götürmüşdü. Hakimiyyətin bu münasibəti Azərbaycanın qoşulduğu konvensiyaları pozur. Bu, əxlaqsız, qeyri-insani, qanunsuz və şərdir.
Buna görə də hamınızdan xahiş edirəm ki, onların bu şər niyyətlərini dayandırmaq üçün səsinizi qaldırasınız. Həmrəylik kampaniyasını məmnuniyyətlə izləyir, yüzlərlə məktub alıram. Kampaniyalar, çağırışlar və məqalələr barədə məlumatlandırılmışam. Lakin Azərbaycan hökuməti bütün bu çağırışlara məhəl qoymayıb.
Bütün hüquqi və siyasi vasitələr nəticəsiz qalıb, qərarvericilərə heç bir təsir göstərməyib.
İndi isə insan ləyaqətini müdafiə edən hər kəsə müraciət edirəm: məni tək buraxmayın. Mümkün olan bütün yollarla hərəkətə keçin. Mən beynəlxalq həmrəyliyin gücünə inanıram.
Həyatımı xilas etmək və bu şəri dayandırmaq üçün əlinizdən gələni edin”.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.
Bəhruz Səmədov: "Dövlət həyatıma son qoymağı planlayır"