Əhdimiz sarsılmaz, yolumuz isə aydındır

“Bismillahir-Rəhmanir-Rəhim

​"Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə Öz nurunu tamamlayacaqdır, hətta kafirlərin xoşuna gəlməsə də." (Saff surəsi, 8)

​Son günlərdə İslam dünyasının görkəmli rəhbəri, məzlumların pənahı və müsəlman ümmətinin rəşadətli lideri Ali Dini Rəhbər Ayətullah Seyyid Əli Xamenei cənablarına qarşı yönəlmiş çirkin və ədəbsiz davranışlar hər bir imanlı şəxs kimi biz ruhanilərin də dərin kədərinə və hiddətinə səbəb olmuşdur.

​Biz, İmam Rza (ə) diyarında — müqəddəs Məşhəd şəhərində elmi fəaliyyətlə məşğul olan bir qrup azərbaycanlı ruhanilər olaraq bəyan edirik ki, Ali Rəhbərin şəxsiyyətinə toxunmaq təkcə bir fərdə deyil, bütövlükdə İslamın izzətinə, müsəlmanların birliyinə və müqavimət ruhuna qarşı edilən bir sui-qəsddir.

Bu növ alçaq addımlar, İslam düşmənlərinin siyasi və mənəvi meydanlarda məğlubiyyətə uğradıqlarının, acizliklərinin və xoflarının bariz göstəricisidir. Onlar bilməlidirlər ki, təhqir və böhtanla haqqın nurunu söndürmək mümkün deyil.

​Biz, azərbaycanlı ruhanilər, hər zaman olduğu kimi, bu gün də öz mənəvi və siyasi rəhbərimizin yanındayıq. Onun müdrik rəhbərliyi və rəşadəti nəinki regionun, bütöv İslam dünyasının təhlükəsizliyinin və şərəfinin təminatıdır.

​Müqəddəs dəyərlərimizə və rəhbərimizə qarşı edilən hər hansı bir hörmətsizliyi qətiyyətlə pisləyir, bu fitnələrin arxasında duran qüvvələrin tezliklə rüsvay olacağına inanırıq.

​Uca Allahdan Ali Rəhbərin ömrünün bərəkətli, canının sağ olmasını və İslam ümmətinin zəfərinin davamlılığını diləyirik.

Bizim əhdimiz sarsılmaz, yolumuz isə aydındır”.

 

​Məşhəd şəhərində yaşayan azərbaycanlı ruhaniləri