Pakistanın Bəlucistan vilayətində separatçıların hücumu nəticəsində 10 polis həlak olub.
Pakistan mediası xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən görülən əks-tədbirlər nəticəsində 37 terrorçu zərərsizləşdirilib.
Hücumlar Bəlucistan vilayətinin 12 bölgəsində koordinasiyalı şəkildə həyata keçirilib.
Pakistanın təhlükəsizlik qüvvələri terrorçuların aşkarlanaraq zərərsizləşdirilməsi ilə bağlı tədbirləri davam etdirir.
“AFP”-yə verilən məlumata görə, hücumlar silahlı şəxslər və kamikadzelər tərəfindən həyata keçirilib.
Qeyd edək ki, Bəlucistan Azadlıq Ordusu adlı separatçı qruplaşma sözügedən vilayətdə mütəmadi olaraq terror hücumları həyata keçirir.
Pakistanda törədilən hücumlarda 10 polis əməkdaşı həlak olub