İraqın Nəcəf şəhərində yerləşən müqəddəs İmam Əlinin (ə) hərəminin yenilənmiş zərehinin üzərindən pərdənin götürülməsi mərasimi təşkil olunub.
Tədbir müqəddəs Ziyarətgah Kompleksin Baş Katibliyi tərəfindən keçirilib.
Tarixi əhəmiyyət daşıyan mərasim müqəddəs hərəmin baş katibi Seyid İsa əl-Xərsanın iştirakı ilə baş tutub. Tədbirdə baş katibin müavini, idarə heyətinin üzvləri, şöbə rəhbərləri, ali dini mərcələrin nümayəndələri, din xadimləri, elmi hövzənin təmsilçiləri, akademik və ictimai dairələrin nümayəndələri, həmçinin çoxsaylı zəvvarlar iştirak ediblər.
Açılış mərasimi Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Ardınca qari və müəzzin Məhəmməd Ənvuz tərəfindən İmam Əliyə (ə) məxsus xüsusi ziyarətnamə oxunub. Daha sonra İmam Əli (ə) hərəminin nəzdində fəaliyyət göstərən ilahi ansambl tərəfindən vilayət mövzusunda nəğmələr səsləndirilib.
İmam Əli (ə) Ziyarətgahının zərehi yeniləndi