Bu məsələdə hakimiyyət həmişəki kimi susqundur. O, belə mövzuları əsasən təhsil müəssisələrinin ixtiyarına buraxaraq bu məsələdə qalib tərəfin bucağından yararlanmağa üstünlük verir.
Bu dəfə də qanunun qaranlıq tərəfləri üçün ictimai rəy formalaşdırmağa çalışan mətbuat orqanlarını işə salıb. Sosial media üzərindən aparılan müzakirələr əsasən hicabın məktəb geyiminə uyğunsuzluğuna diqqət çəkməyə çalışır.
Məsələ burasındadır ki, son on illərin məhsulu olaraq orta və ali məktəblərdə yüksək göstəricilər göstərən hicablıların naliyyəti təkzibolunmazdır. Bu isə artıq hicabın “geridəqalma” fikrinin keçərli olmamasına əyani sübutdur. Məsələ yalnız məktəbli geyimi və hicabın buna uyğunsuzluğu kimi absurd iddiadır.
Öncə illərdir məktəbli geyimi ilə örtülən hicabların nə təhsil ocağında, nə müəllim şagird münasibətlərində, nə də təhsilin hər hansı bir sahəsində problem yaratmadığı gün kimi aydındır. Hətta uyğunsuzluq diqqət çəkərsə belə olan halda minlərlə hicablının maneə ilə üzləşməsi deyil, bu problemin həllini təhsil idarələri düşünərək bu maneəni aradan qaldırmağa səy etmələri lazımdır.
Bu gün ailənin dini inancından dolayı örtünən şagirdin təhsil müəssisələrində diskriminasiya ilə üzləşməsi heç bir halda qəbul edilə bilməz və bu onların azadlıqlarının məhdudlaşdırılmasıdır. Əgər hicab təhsildə hər hansı bir problem yaratmırsa onun hansı səbəbdən (istər məcburi, istərsə də könüllü) başını bağlaması xüsusi olaraq təhsil müəssisələrinə aid olan məsələ sayılmamalıdır. Bu məsələ ilə məşğul olacaq sonuncu orqan təhsil müəssələri ola bilər ki, bu da indiki şəraitdə qətiyyətlə doğru deyil.
Məsələ hicabın məktəbli geyimə uyğunsuzluğudursa, bunu da məktəbli geyiminin sifarişçisi olan təhsil baş idarələri düşünərək onu məktəbli geyiminə uyğunlaşdıraraq hicablı məktəb geyiminin istehsalına başlasınlar ki, on minlərlə hicablıların örtük səbəbindən təhsil almaq hüququ pozulmasın.
Son olaraq məsələdə fürsət axtaranların hər birinə bundan öncəki hicaba qadağa ilə bağlı yaşananları xatırlatmaq yerinə düşərdi. Zamanla bu ölkədə hicabı qadağalamaq, təhsil müəssələrinə hicablı uşaqların gəlişinə maneə ciddi etirazlar, aksiyalara yol açdı ki, bu olaylar həmişə xatırlanmalıdır.
Eyni halda inanclıların da bu məsələdə diqqətli olmasında faydalar vardır ki, hicabı hədəfə alanların iffətin xanım üçün hansı əhəmiyyətə malik olduğunu anlamayanlardakı iffət problemini diqqətə alaraq bu məsələnin inanc mövzusunda nə qədər böyük dəyərə malik olduğunu bir daha göstərmiş olsunlar. Bu addım təkcə hicabı hədəfə alanları deyil, bu xalqın həyatında hicabın nə kimi rola malik olmasını digərlərinə anlatmış olacaq.
Son.
Hicaba qarşı növbəti uğursuz cəhd. 2-ci hissə