ABŞ-İran müzakirəsi necə keçdi?

Oman vasitəsilə Masqatda keçirilən İran–ABŞ nüvə danışıqları bu gün (6 fevral 2026) nəticələnib. İran Xarici İşlər Naziri Seyid Abbas Əraqçı jurnalistlərə açıqlamasında görüşləri “yaxşı bir başlanğıc” adlandırıb.

Əraqçı bildirib ki, danışıqlar bir neçə raundda keçirilib və tərəflər qarşılıqlı narahatlıqlarını və hüquq və mənafelərini müzakirə ediblər. “Uzun və gərgin müzakirələr apardıq. Hazırda dialoq prosesi yenidən başlanıb və yaxşı bir ab-hava hökm sürürdü”, – deyə nazir əlavə edib.

Danışıqların davam edəcəyini vurğulayan Əraqçı qeyd edib ki, prosesin növbəti mərhələsi paytaxtlarda aparılacaq məsləhətləşmələrdən asılıdır. “Danışıqların davam etdirilməsinə qərar verildi”, – o bildirib.

Regional təhlükəsizlik və ABŞ-ın hərbi hazırlıqları ilə bağlı suala cavab olaraq nazir bildirib ki, görüşlərin mövzusu yalnız nüvə məsələsidir və digər mövzular müzakirə olunmayıb. Eyni zamanda, Əraqçı vurğulayıb ki, danışıqlar sakit və təhdiddən uzaq bir mühitdə aparılmalıdır.