Ankaradakı ABŞ səfirliyinin qarşısında etiraz nümayişi keçirilib

ABŞ-ın İrana zərbə endirmək təhdidinə və İsrail rejiminin Qəzzada davam edən qırğınlarına cavab olaraq, İmperializm və Sionizmə Qarşı Təşəbbüs tərəfindən Ankaradakı ABŞ səfirliyinin qarşısında mətbuat açıqlaması təşkil edilib.

8 fevral bazar günü Ankaradakı ABŞ səfirliyinin qarşısında İmperializm və Sionizmə Qarşı Təşəbbüs tərəfindən etiraz nümayişi keçirilib.

Nümayiş zamanı “Rədd olsun Amerika, Rədd olsun İsrail”, “Müsəlmanlar qardaşdır, Amerika xaindir”, “İslamın izzəti İmam Xameneidir”, “Həmasa, Hizbullaha və Müqavimətə min salam”, “İrana uzanan əllər qırılsın”, “Hizbullah, Nəsrullah, La İlahə İlləllah”, “Yəmənə salamlar, Müqavimətə davam edin” və “Hüseyn, Hüseyn, şüarımız, şəhidlik qürurumuzdur” kimi şüarlar səsləndirilib.

Fəal Harun Özkarakaş da mətbuat konfransında çıxış edib.

Qüds Günü veb saytının baş redaktoru Kamal Kemahlı tərəfindən oxunan mətbuat bəyanatda “Böyük Şeytan olan ABŞ-ın bölgəmizə, xüsusən də İrana qarşı yeni müharibəyə hazırlıqları imperialist quldurluğun ən qəddar və açıq formasını təmsil edir. Bu gün Amerika səfirliyinin qarşısında dayanaraq, illərdir zülmə, istismara, işğala və qırğınlara qarşı müqavimət göstərən xalqların və bölgələrin ortaq qəzəbini, ağrısını və qətiyyətini ifadə edirik. ABŞ-ın imperiya ambisiyaları və hegemonluq istəkləri naminə günahsız insanların həyatını görməzdən gələn bu təcavüz qarşısında susmayacağıq” fikirlər səsləndirilib.