Milli Məclisinin deputatı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı iddia edib ki, Azərbaycanda səhiyyə sahəsində son 5 ildə xərclər təxminən 400% artıb.
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
Azərbaycanda səhiyyə sahəsinə ayrılan xərclər 2023-cü ilə qədər dövlət büdcəsindən, 2023-cü ildən isə dövlət büdcəsi ilə yanaşı, icbari tibbi sığorta fondu tərəfindən maliyyələşdirilib.
Ümumi səhiyyə xərcləri isə 2020-ci ildən 2025-ci ilə qədər aşağıdakı şəkildə artıb:
2020-ci ildə: 1 687 milyon manat
2021-ci ildə: 1 378 milyon manat
2022-ci ildə: 1 417 milyon manat
2023-cü ildə: 2 852 milyon manat
2024-cü ildə: 3 311 milyon manat
2025-ci ildə: 3 518 milyon manat
Azərbaycanda səhiyyəyə ayrılan xərclər son beş ildə 400% yox, cəmi 155% artıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Rəşad Mahmudovun iddiası yanlışdır.
Fakt Yoxla Rəşad Mahmudovun iddiasının yanlış olduğunu üzə çıxardı