Namizəd Səfərov saxlanılıb

Dekabrın 9-da hüquqşünas Namizəd Səfərovun saxlanıldığı deyilir.

APA yazır ki, faktla bağlı araşdırma aparılır.

“İlkin məlumata görə, onun saxlanılmasına dələduzluqla bağlı şikayətlər səbəb olub”, - xəbərdə deyilir.

N.Səfərov Vəkillər Kollegiyasından 2005-ci ildə çıxarılıb.

Özü bunu kollegiyanın rəhbərliyini tənqid etməsi ilə əsaslandırmışdı.

Kollegiya isə bildirirdi ki, N.Səfərov qanunvericiliyin tələblərini pozub.