Hannoverdə iki məscidə qarşı təxribat
Almaniyanın Hannover şəhərində naməlum şəxslər tərəfindən iki türk məscidinə hücum edildiyi bildirilib. İslam Toplumu Milli Görüş (IGMG) və Almaniya Diyanət İşləri Türk İslam Birliyinə (DİTİB) bağlı mərkəzi məscidlərin xarici divarlarına sprey boya ilə “İsrail” və İsrail ordusunun qısaltması olan “IDF” ifadələri yazılıb.
IGMG Ayasofya Məscidi Dərnəyinin rəhbəri İbrahim Kıdık açıqlamasında bildirib ki, hücumu səhər saatlarında gördüklərində camaat böyük təəssüf və hiddət yaşayıb. O deyib ki, məscidə edilən bu cür hücumlar cəmiyyətin dini harmoniyasını pozur və insanlarda qorxu yaradır.
Hadisə barədə məlumat verildikdən sonra polis dərhal araşdırmaya başlayıb. Kıdık hücumun səbəbinin hazırda məlum olmadığını, bunun təxribat olub-olmadığının araşdırmalar nəticəsində ortaya çıxacağını bildirib. O, hadisənin qısa zamanda tam şəkildə aydınlaşdırılmasını tələb edib.
Almaniya rəsmiləri və Türkiyə nümayəndəliyi hərəkətə keçdi
Məlumata görə, Hannover Baş Konsulluğu da məsələni yaxından izləyir və Almaniya hakimiyyəti qarşısında məscidlərə, türk dərnəklərinə və digər qurumlara qarşı təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı tələb irəli sürüb.
Almaniyada müsəlmanlara və ibadət məkanlarına qarşı hücumların artması rəsmi qurumları da narahat edir.
Federal Cinayət İdarəsinin məlumatına əsasən, bu ilin ilk doqquz ayında ölkədə 930 İslam qarşıtı cinayət qeydə alınıb. Onlardan 31-i məscidlərə edilən hücumlar kimi təsnifləndirilib. Sənədlərə görə, bu hücumlar çərçivəsində 37 nəfər yüngül, bir nəfər isə ağır xəsarət alıb.
Almaniyada artan İslamofobiya
Fransadan sonra Almaniya Qərbi Avropada ən böyük ikinci müsəlman əhalisinə sahib ölkə hesab olunur. Təxminən 85 milyon nəfərlik ölkə əhalisinin 5,5 milyonu müsəlmandır.
Ekspertlər məscidlərə yönəlmiş bu cür hücumların təkcə fiziki deyil, həm də psixoloji təsirlər yaratdığını, cəmiyyətdə gərginliyi artırdığını bildirirlər. Mətbuat və ictimaiyyət isə hücumların təcili olaraq araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edir.
Almaniyada iki türk məscidinə hücum: Divarlara “İsrail” və “IDF” yazıldı