İrana səfər edən Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) nümayəndə heyəti Qum şəhərində Ayətullahul Üzma Seyyid Əli Sistaninin tam səlahiyyətli nümayəndəsi və “Alulbeyt” Beynəlxalq Dini Mərkəzinin rəhbəri Ayətullah Seyyid Cavad Şəhristani ilə görüş keçirib.
Görüşdə BGMİ-nin Şeyxi Hacı Faiq Nəbiyev, muftilər Etibar Eminov, Adam Şantadze və gürcüstanlı din xadimləri Ayətullah Şəhristaniyə göstərilən səmimi qəbula görə təşəkkürlərini bildiriblər.
Tərəflər söhbət zamanı Gürcüstandakı müsəlman icmasının bugünkü durumu, dini fəaliyyətlə bağlı məsələlər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Ayətullah Şəhristani nümayəndə heyətini salamlayaraq onları qəbul etməkdən məmnun olduğunu bildirib, əvvəlki Gürcüstan səfərlərini xoş xatirələrlə yada salıb və ölkə ilə bağlı müsbət təəssüratlarını bölüşüb.
Görüşdən sonra qonaqlar Ayətullah Şəhristaninin şəxsi ev-muzeyini ziyarət ediblər. Burada onun illər ərzində topladığı qiymətli eksponatlar, eləcə də müxtəlif illərdə Gürcüstan nümayəndə heyətləri tərəfindən təqdim olunmuş hədiyyələr nümayiş etdirilib.
BGMİ nümayəndə heyəti Ayətullah Şəhristani ilə görüşüb