Azərbaycanın məscid və kilsələrində “Yaşıl gələcək naminə” aksiyası keçirilib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkədə “Yaşıl gələcək naminə” ekoloji aksiyası təşkil olunub.

Aksiya Tovuz, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Şəki, Qəbələ, Oğuz, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Ucar, Kürdəmir, Zərdab, Lənkəran, Astara, Lerik,  Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Tərtər, Ağcabədi, Masallı, Cəlilabad və Yardımlı rayonlarında olan məscid və bir neçə kilsə ərazisində dini icma üzvlərinin iştirakı ilə keçirilib.

Bu aksiya Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Anım günü münasibətilə təşkil olunub.

Aksiyaların bəzisinə Dini Komitə sədri Ramin Məmmədov, icra hakimiyyətlərinin rəsmiləri də qatılıblar.