Azərbaycanın I yarımildə magistral neft kəmərlərinin fəaliyyətindən gəlirləri açıqlanıb

Azərbaycan bu ilin yanvar-iyun aylarında magistral neft kəmərlərinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin fəaliyyətindən 523,48 milyon manat gəlir əldə edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.

Statistik məlumatlara görə, hesabat dövründə magistral neft kəmərləri şəbəkəsində itkilər 4,5 % artaraq ötən ilin eyni dövründə qeydə alınmış 2,2 min tona qarşı 2,3 min ton təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 18,513 milyon ton neft nəql edilib, bu isə 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 3,8 % azdır. Nəqlin təxminən 75,2 %-i Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə həyata keçirilib.