İŞİD Suriyadakı hücuma görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD Suriyanın İdlib kəndində əl-Colaniyə sadiq qüvvələrə hücumun məsuliyyətini öz üzərinə götürdü.

Russia Today-in məlumatına görə, İŞİD İdlib kəndində Maaret əl-Numan marşrutunda əl-Colaniyə sadiq qüvvələrə hücumun məsuliyyətini öz üzərinə götürüb. Hücum nəticəsində bu qüvvələrdən dörd nəfər həlak olub, biri yaralanıb.

Suriya Daxili İşlər Nazirliyi bazar günü cənubi İdlibdəki Maaret əl-Numan şəhərində əl-Colaniyə sadiq qüvvələrə silahlı hücumda ən azı dörd nəfərin öldüyünü açıqlayıb.

Nazirlik bildirib ki, təhlükəsizlik qüvvələri hücumu törədənləri tapmaq üçün ərazidə axtarış və təmizlik əməliyyatına başlayıb.