Seyid Abbas Əraqçi özünün “Instagram” səhifəsində yazıb: Son səfəri (6–7 dekabr) çərçivəsində Azərbaycanın paytaxtı Bakıda ölkə prezidenti cənab İlham Əliyev, Xarici İşlər naziri cənab Ceyhun Bayramov, Baş nazirin müavini cənab Şahin Mustafayev və Milli Məclisin sədri xanım Sahibə Qafarova ilə geniş və səmərəli görüşlər keçirib.
Xarici İşlər Naziri əlavə edib: İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər təkcə coğrafi qonşuluqla məhdudlaşmır, Arazın iki tayında yaşayan xalqların qədim qohumluğundan qaynaqlanan dərin tarixi, mədəni və sivilizasiya bağlarını əks etdirir.
Əraqçi əlavə edib: Bu münasibətlər bu gün iqtisadi və tranzit, siyasi, mədəni və humanitar sahələr də daxil olmaqla bütün istiqamətlər üzrə genişlənir və hər iki ölkə mövcud ortaq irsdən güc alaraq əməkdaşlığı strateji səviyyəyə yüksəltmək niyyətindədir.
Xarici İşlər Naziri vurğulayıb: Keçirilən bütün görüşlərdə Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin qorunmasının bütün ölkələrin inkişafı və rifahı üçün əsas şərt olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, üçüncü tərəflər iki ölkə arasındakı konstruktiv münasibətlərə mənfi təsir göstərməməlidir. Tehran və Bakı qarşılıqlı hörmətə əsaslanan ortaq, təhlükəsiz və şərəfli gələcək qurmaqda qətiyyətlidir.
Əraqçi: Tehran və Bakı qarşılıqlı hörmətə əsaslanan ortaq və möhkəm gələcək qurmağa qərarlıdır
İranın xarici işlər naziri bildirib ki, Tehran və Bakı qarşılıqlı hörmət üzərində qurulan ortaq, təhlükəsiz və şərəfli bir gələcək yaratmaq əzmindədir.