Milli Şura və Xalq Cəbhəsinə qarşı aparılan total qaralama kampaniyası

Milli Şura və Xalq Cəbhəsinə qarşı aparılan total qaralama kampaniyasında belə ittiham irəli sürülür ki, 2019-cu ildə Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən gedəndən sonra niyə Xalq Cəbhəsi və Milli Şuranın mitinqləri olmur. Və dolayısı yolla Milli Şuranın mitinqlərini gətirib Ramiz Mehdiyevə bağlamaq istəyirlər. Bu böhtanı daha çox Natiq Cəfərli, aparıcı Sevinc Telmanqızı, Akif Nağı və digərləri səsləndirir. İndi bu məsələyə aydınlıq gətirmək istəyirəm.
Milli Şuranın Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmış sonunc kütləvi mitinqi siyasi məhbus Mehman Hüseynovun müdafiəsi ilə bağlı 2019-cu ilin 19 yanvarında oldu. Bu aksiya Azərbaycanda fəaliyyət göstərən müxalif mövqeli siyasi partiya və ictimai təşkilatların birgə mitinqi idi. Mən xaricdə olduğum üçün mitinqdə iştirak etmirdim.
Mitinq kifayət qədər kütləvi olduğu üçün hakmiyyət ondan sonra social-iqtisadi xarakterli addımlar atdı və ümumilikdə bu addımlar hakimiyyətə 3,5 milyard manata baş gəldi.
Bunu nəzərə alaraq hakmiyyət (Bakı Şəhər İcra hakmiyyəti) 19 yanvar mitinqindən sonra Milli Şura və digər müxalif partiyaların mitinq müraciətlərinə müsbət cavab vermədi. 2019-cu il və 2020-ci ilin ilk aylarında bizim mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə haradasa 8 belə rəsmi müraciətimiz olub.
Məsələn informasiyaların birində qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə razılıq verməyib. Aprelin 27-nə Rusiya əlehinə mitinq müraciətinə də mənfi cavab verilib. Bu mənfi cavablar hamısı saytlarda var.
Səhv etmirəmsə o müraciətlərin birinə mitinq keçirmək yeri kimi Lokbatanı nişan verdilər və biz ondan imtina etdik, qalan 7-nə isə mitinq keçirməyin məqsədəuyğun olmadığı cavabını verdilər.
2019-cu ilin oktaybar ayının 19-da hətta Milli Şura və Xalq Cəbhəsi razılaşdırılmamış mitinqə cəhd etdi və bu da Cəbhə sədri Əli Kərimlinin amansızcasına döyülməsi və 100-ə yaxın cəbhəçinin inzibatı həbsi ilə nəticələndi.
2020-ci ilin mart ayından isə Covid 19 pandemiyası ilə bağlı sərt karantin rejimi tətbiq edildi və nəinki aksiya keçirmək, hətta bir neçə nəfərin bir yerə toplanması belə qadağan edilmişdi. Həmin karantin tədbirləri bu günə qədər davam edir. İndi karantin şəraitində mitinq keçirməyə məhdudiyyət qoyulmasının Ramiz Mehdiyevlə nə əlaqəsi var.
Ancaq bu məhdudiyyətlərə baxmayaraq Milli Şura Ukrayna müharibəsi ilə bağlı 2022-ci ilin aprel ayının 2-də Ukraynaya dəstək mitinqi keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə mitinq müraciət etmişdi. Lakin Şəhər icra hakmiyyəti Milli Şuranın mitinq müra ciətinə mənfi cavab vermişdi.
Bunun ardınca 2022-ci ilin iyul ayının 20-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun çağırışı ilə aksiya keçirildi. Və bu aksiya zamanı böyük əksəriyyəti cəbhəçilər olmaqla 200 nəfər aksiya iştirakçısı saxlanıldı. Onların bəzilərinə inzibati xətalar məcəlləsini pozamaq ittihamı ilə sutkalıq həbslər verdilər.
Milli Şuranın 2024-cü ilin aprel ayının 21-nə və may ayının 5-nə təyin etdiyi etdiyi mitinqlərə də karantin məhdudiyyətlərini əsas tutaraq Bakı şəhər İcra Hakimiyyəti bizim müraciətimizə mənfi cavab verib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura bu ilin aprel ayının 27-nə 21 gündür aclıq elan etmiş Tofiq Yaqublu və siyasi məhbusların azad edilməsi tələbi ilə təyin etdiyi mitinqə Bakı Şəhər İcra hakimiyyəti icazə vermədi.
Yəni belə müraciətləri və mənfi cavabları çox sadalamaq olar. İstəsələr saytlardan bu məlumatları həmin böhtanları danışanlar özləri də tapa bilərlər. Amma istəsələr!? Axı bu qədər yalanları, böhtanları necə danışmaq olar.
Yəni bu məsələri Ramiz Mehdiyevlə əlaqələndirmək qərəzçilikdir, böhtandır və qarayaxmadır. 37-də də belə metodlardan istifadə edilirdi.
 
 
Cəmil Həsənli