Səhiyyə problemi – rüşvət və işgəncə qurbanları tibbi yardımdan qorxur
17 saylı Cəzaçəkmə Müəssisəsində tibbi xidmət acınacaqlı vəziyyətdədir. Rüşvət verilmədikdə ya xidmət göstərilmir, ya da işçilər qəzəblənərək xəstəyə oyun açır. Səhiyyə Nazirliyindən gələn dərmanlar pul qarşılığında satılır, pullu xəstə olmayanlar isə dərmansız qalır.
Stomatoloji xidmət yox səviyyəsindədir. Məhkumlar QİÇS, SPİD, HEPATİT kimi yoluxucu xəstəliklərin qorxusundan müalicə ola bilmir – alətləri sterilizasiya edən cihazlar yoxdur. Tutulan dindarlar polis məntəqələrində işgəncəyə məruz qaldıqları üçün gecələr ağrı-acıdan yata bilmir, ağrıkəsici dərman yalnız səhər verilir (əgər dərman varsa və həkim gəlsə). Xəstələr ölümcül vəziyyətə çatmayınca və tələb olunan rüşvət verilmədikcə ağrı-acıya məhkum olurlar.
Dustaq payı problemi – dövlət tərəfindən ayrılan, lakin məhkumlara verilməyən paylar:
1. Təmizlik vasitələri (sabun, yuyucu toz, diş pastası, diş fırçası) – həftədə bir dəfə olmalıdır, lakin 3-4 aydan bir verilir.
2. Geyim vasitələri – qış və yay olmaqla ildə 2 dəfə verilməlidir, lakin ildə 1 dəfə və yalnız məhkumların 10 faizinə şamil olunur.
3. Yataq dəstləri və dəsmallar – ümumiyyətlə verilmir. Verilsə də, iyli, çirkli, köhnə və cırıq vəziyyətdə verilir.
4. Saxlama şkafları – hər bir məhkum öz əşya və qidalarını qoymaq üçün şkafla təmin olunmalıdır, lakin rəis Şəfahət Abbasov bunları pul qarşılığında təmin edir.
(5-ci hissənin sonu – ardı var)
“Dövlətdən kənar dövlət” – 17 saylı Cəzaçəkmə Müəssisəsindən məhbusların ifşası (5-ci hissə)