İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri İran bayrağı altında üzən "Touska" gəmisinə hücum edərək nəzarəti ələ keçirdikdən sonra İran ordusu PUA-larla ABŞ hərbi gəmilərinə hücum edib.

Bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Agentlik əməliyyatın təfərrüatları ilə bağlı məlumat verməyib.

Xatırladaq ki, ötən gecə ABŞ ordusu İran bayrağı altında üzən Touska adlı yük gəmisini raket atəşinə tutub.

ABŞ gəminin ABŞ-ın dəniz blokadasını pozmağa cəhd etdiyini və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Spruance” tərəfindən vurulduğunu bildirib.

Gəminin hazırda ABŞ Dəniz Piyadaları Korpusunun nəzarəti altında olduğu bildirilir.