İran parlamentinin spikeri və ABŞ-la danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ın “mühasirə” siyasətini davam etdirəcəyi təqdirdə Hörmüz boğazında gəmi hərəkətinin məhdudlaşdırılacağını bəyan edib.
Qalibaf İran dövlət televiziyasına müsahibəsində ölkəsinin Hörmüz boğazına tam nəzarət etdiyini bildirib.
Onun sözlərinə görə, İslamabadda keçirilən danışıqlar zamanı ABŞ-a məxsus minaaxtaran gəminin hərəkətinə qarşı çıxılıb və İran tərəfinin atəş açmaq barədə xəbərdarlığından sonra Amerika tərəfi geri çəkilməyə məcbur olub.
Qalibaf ABŞ-ın İranı “mühasirəyə almaq” qərarını yanlış addım kimi qiymətləndirərək qeyd edib ki, bu siyasət dayandırılmasa, Hörmüz boğazında hərəkətə məhdudiyyət tətbiq olunacaq.
“Başqalarının Hörmüz boğazından keçməsi, lakin bizim keçə bilməməyimiz mümkün deyil”, – deyə o vurğulayıb.
Qalibaf: ABŞ “mühasirəni” dayandırmasa, Hörmüz boğazında hərəkət məhdudlaşdırılacaq