Birləşmiş Ştatlarda keçirilən son rəy sorğuları Amerika cəmiyyətinin İranla davam edən hərbi münaqişəyə münasibətində ciddi dəyişikliklərin olduğunu ortaya qoyub.
"YouGov" sosioloji mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, amerikalıların təxminən 63 faizi İranla dərhal atəşkəs əldə olunmasını dəstəkləyir, müharibənin davam etdirilməsinin tərəfdarı olanlar isə cəmi 32 faiz təşkil edir.
"The Hill" nəşri qeyd edir ki, rəyi soruşulanların təxminən üçdə ikisi hərbi əməliyyatların sürətlə dayandırılmasının tərəfdarıdır; hətta qarşıya qoyulan bütün strateji məqsədlərə tam nail olunmasa belə, xalq qan tökülməsinin dayandırılmasını istəyir. Bu nəticələr Donald Tramp administrasiyasının bölgədəki sərt hərbi kursu ilə xalqın gözləntiləri arasında dərin uçurumun yarandığını göstərir.
Analitiklər hesab edirlər ki, artan yanacaq qiymətləri və terror təhlükəsi qorxusu amerikalıları diplomatik həll yollarına daha meyilli edib. Ağ Evin bu daxili təzyiqlər qarşısında öz hərbi strategiyasına yenidən baxıb-baxmayacağı hazırda Vaşinqtonda ən çox müzakirə olunan suallar sırasındadır.
ABŞ-da əhalinin 63 faizi İranla dərhal barışıq tələb edir