Məscidül-Həramda Kəbəni örtən qara ipək və qızılı naxışlı örtüyün (kisvanın) aşağı hissəsinin qaldırılması üzrə illik mərasim başa çatıb.
Bu tədbir hicri 1447-ci il (2026-cı il) Hacc mövsümünün rəsmi açılışını simvolizə edib.
Əməliyyat 34 ustadan ibarət xüsusi qrup tərəfindən həyata keçirilib. Mütəxəssislər kisvanın aşağı hissəsini təxminən üç metr qaldıraraq bərkidiblər, bundan sonra Kəbənin dörd tərəfi üzrə açılan hissələr iki metrlik ağ pambıq örtüklə (ihramla) örtülüb.
Bu ənənəvi prosedur hər il Hacc mövsümünün başlanmasından bir neçə ay əvvəl həyata keçirilir. Onun əsas məqsədi on minlərlə zəvvarın yerinə yetirdiyi tavaf (Kəbə ətrafında yeddi dəfə dövrə vurma) zamanı kisvanın zədələnməsinin qarşısını almaqdır. Kisvanın qaldırılması qiymətli örtüyün sürtünmə və aşınmadan qorunmasına kömək edir.
Bununla yanaşı, mövsüm ərəfəsində Kəbənin həm daxili, həm də xarici hissələrində, eləcə də “Məqami İbrahim”də planlı təmir işləri başa çatdırılıb. Bərpa işləri 47 saat davam edib və mərmər səthlərin təmizlənməsi, silikon hissələrin dəyişdirilməsi və döşəmələrin cilalanmasını əhatə edib.
Məkkədə yeni Hacc mövsümün simvolik başlanğıcı