Azərbaycanda internetdə “milli-mənəvi dəyərlərə zidd” hesab edilən ifadələrin yayılmasını qadağan edən qanun dəyişiklikləri qüvvəyə minib. Bu dəyişikliklərə əsasən, sosial şəbəkələrdə paylaşılan bəzi məzmunlara görə istifadəçilər cərimə və ya inzibati həbs ilə üzləşə bilər.
Cəzalar 500–1000 manat arası cərimə və ya 30 sutkayadək həbs, təkrar hallarda isə daha sərt sanksiyalar nəzərdə tutur. Qanun qüvvəyə mindikdən sonra artıq bir neçə nəfər məsuliyyətə cəlb olunub.
Bu dəyişikliklər yalnız sosial şəbəkələrlə məhdudlaşmır. Televiziya və media mühitində də qeyri-rəsmi “qara siyahılar”, verilişlərin bağlanması və bəzi şəxslərin efirdən uzaqlaşdırılması ilə bağlı iddialar artıb.
Siyasi şərhçi Qənimət Zahid hesab edir ki, bu proses söz azadlığını məhdudlaşdıran mərhələli siyasətin davamıdır. Onun fikrincə, əvvəl müstəqil media zəiflədilib, indi isə növbə fərdi istifadəçilərə çatıb.
Media eksperti Əhəd Əhədli bildirir ki, son illərdə ənənəvi media üzərində nəzarət gücləndikdən sonra diqqət sosial platformalara yönəlib.
Onun sözlərinə görə, YouTube, TikTok və Instagram kimi platformalarda sərbəst fikir ifadə edən şəxslər artıq əsas hədəfə çevrilib. Bu isə nəzarətdən kənar auditoriyanın təsir gücü ilə əlaqələndirilir.
Hüquqşünas Fariz Namazlı yeni qanunda istifadə olunan anlayışların qeyri-dəqiq olduğunu vurğulayır.
“Cəmiyyətə hörmətsizlik” və “əxlaqa zidd davranış” kimi ifadələrin konkret izahının olmaması, onun sözlərinə görə, qanunun müxtəlif formada tətbiqinə və sui-istifadə hallarına yol aça bilər.
Ekspertlər qeyd edir ki, qanunun tətbiqi selektiv xarakter daşıya bilər. Tənqidi mövqe bildirən istifadəçilərin daha çox hədəfə alınacağı, hakimiyyətə yaxın hesabların isə bu məhdudiyyətlərdən kənarda qalacağı iddia olunur.
Yeni qaydaların ən mühüm təsirlərindən biri cəmiyyətdə özünüsenzuranın artmasıdır. Artıq istifadəçilər yalnız paylaşım edərkən deyil, şərh yazarkən və ya reaksiya verərkən də ehtiyatlı davranmağa başlayır.
Ekspertlər bildirir ki, bu vəziyyət tədricən insanların öz fikirlərini açıq ifadə etməsindən çəkinməsinə səbəb olur.
Maraqlı tendensiyalardan biri də sosial şəbəkə istifadəçilərinin bir-birini şikayət etməsi və hüquq-mühafizə orqanlarını işarələməsidir.
Bu, nəzarətin yalnız dövlət səviyyəsində deyil, cəmiyyət daxilində də yayılmasına gətirib çıxarır.
Rəsmi olaraq bu addımlar “ictimai mənəviyyatın qorunması” kimi təqdim olunsa da, faktiki təsiri daha genişdir. Yeni qaydalar yalnız konkret məzmunu deyil, ümumilikdə ictimai müzakirə mühitini dəyişir.
Nəticədə istifadəçilər mümkün cəzalardan yayınmaq üçün öz fikirlərini əvvəlcədən filtrdən keçirməyə başlayır və bu da açıq müzakirə imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
“Əxlaq” pərdəsi altında nəzarət güclənir?