Qardabanidə Hz. Fatimeyi Məsumənin (s.ə) təvəllüdü münasibəti ilə tədbir keçirilib

Qardabani şəhərində yerləşən "Əl-Hikmə" Dini Mərkəzin tədbir salonunda İmam Museyi Kazimin (ə) qızı, İmam Rza (ə) və ziyarətgahları Bakıda olan Həkimə və Rəhimə (s. ə) xanımın bacısı, xanımı Fatimeyi Məsumənin (s.ə) təvəllüdü münasibəti ilə tədbir təşkil olunub.
Qardabani Mərağa məscidinin Fatimeyi Zəhra (s.ə) Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon və kəndlərdən dəvət olunan inanclı xanımlar iştirak ediblər.
Qurani-Kərimdən ayələrin tilavəti ilə açıq elan olunan tədbirdə Qardabani ruhanilərindən Hacı Ramin İgidov və “Gürcüstan Müsəlman Qadınlar İcması”nın üzvləri Gülşən Nemətova, Leyla Qurbanova, Gülsəfa Məmmədova və Sevda Səfərova Hz. Fatimeyi Məsumənin (s.ə) həyatından, fəzilət və məqamından, ailə və qadınlara örnək olacaq həyat tərzindən geniş söhbətlər ediblər.
Bayram süfrəsi ətrafında, mənəvi abu həvada keçirilən tədbir sonda dualar oxunmaqla başa çatıb.