Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirlinin saxlanıldığı bildirilir.
Bu barədə "Azadlıq Qəzeti” məlumat yayıb.
Xəbərdə bildirilir ki, V. Qədirli dekabrın 12-i səhər saatlarında saxlanılıb və İmişli rayonunda işlədiyi kafedə və sonra evində polis və mülki geyimlilər tərəfindən axtarış aparılıb.
Onun hazırda harada və hansı ittihamlarla saxlandığı məlum deyil.
Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 18 üzvü həbsdədir.
Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim barəsində də 2 ay yarım həbs qətimkan tədbiri seçilib.
Ə.Kərimli və həbsdə olan digər AXCP üzvləri ittihamları qəbul etmirlər, siyasi fəaliyyətlərinə görə hakimiyyət tərəfindən cəzalandırıldıqlarını deyirlər.
AXCP fəalı Vüqar Qədirli saxlanılıb