Qəzzada şiddətli fırtına fəlakətə çevrildi: 12 nəfər öldü, on minlərlə insan zərər çəkdi

Qəzza zolağını vuran Bayron fırtınası genişmiqyaslı dağıntılara səbəb olub.

Şiddətli yağış və külək nəticəsində ən azı 12 fələstinli həyatını itirib, Əl-Kərama və Şeyx Rədvan məhəllələrində 13 bina dağılıb.

Daşqın və fırtına nəticəsində 27 mindən çox çadır istifadəyə yararsız hala düşüb. Qəzza administrasiyası soyqırımçı İsrailin sərhəd keçidlərini bağladığını, humanitar yardım və sığınacaq materiallarının girişinin qarşısını aldığını bildirib və beynəlxalq ictimaiyyəti məsələyə təcili müdaxilə etməyə çağırıb.