Erməni “soyqırımı”nı tanıyan İsrail Fələstin dövlətinin mövcudluğu ideyasını rədd edib

İsrailin xarici işlər naziri Gideon Saar Fələstin dövlətinin mövcudluğu ideyasını rədd edib.

Bu barədə avqustun 27-də “Reuters“ agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Saar Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında Fələstin dövləti ilə bağlı planın nədən ibarət olduğu ilə bağlı suala "O dövlət mövcud olmayacaq" cavabını verib.