“Bu Somalinin daxili işlərinə açıq müdaxilədır”

İsrail Baş naziri Binyamin Netanyahu Somaliləndi 'müstəqil və suveren dövlət' kimi tanıdıqlarını açıqlayıb. Bu qərarla İsrail Somaliləndi tanıyan ilk ölkə olub. İsrail Somalidən birtərəfli şəkildə ayrıldığını elan edən Somaliləndi rəsmi olaraq tanıyan ilk ölkə olub.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin İsrailin bu addımı ilə bağlı verdiyi açıqlamada bunun "Somalinin daxili işlərinə açıq müdaxilə" olduğu bildirib. "Bu, Netanyahu hökumətinin regional və qlobal səviyyədə qeyri-sabitlik yaratmağa yönəlmiş qanunsuz hərəkətlərinin yeni bir nümunəsidir", - deyə açıqlamada bildirilir.

İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü İsrail və Somalilənd arasında diplomatik münasibətlərin qurulmasına dair birgə bəyannamənin imzalandığını açıqlayıb. Netanyahu, müqaviləni ABŞ-ın vasitəçiliyi ilə İsrail və bəzi ərəb ölkələri arasında normallaşma məqsədi daşıyan İbrahim Sazişlərinin "ruhuna uyğun" adlandırıb.

Somalilənd Prezidenti Əbdirəhman Məhəmməd Əbdillahi İsrailin qərarını alqışlayıb və onu "tarixi" adlandırıb.

Əbdillahi həmçinin "regional və qlobal sülh vizyonuna uyğun olaraq İbrahim Sazişlərinə qoşulmaq niyyətini” də bəyan edib.

İsrailin açıqlamasından bir neçə saat sonra Somali hökuməti qərarı ölkənin suverenliyinə "hücum" və "qanunsuz bir təşəbbüs" kimi təsvir edən yazılı bir bəyanat yayıb. Bəyanatda Somaliləndın Somalinin "ayrılmaz hissəsi" olduğu vurğulanıb.

Somalilənd 1991-ci ildə birtərəfli olaraq Somalidən müstəqillik elan edib. Lakin o vaxtdan bəri Birləşmiş Millətlər Təşkilatının heç bir üzv dövləti tərəfindən tanınmayıb. Bölgə Somalinin şimal-qərbində, keçmiş Britaniya Somaliland Protektoratının sərhədləri daxilində yerləşir.

Somali hökuməti bu günə qədər Somaliləndın müstəqillik elanını tanımayıb.

 

İsrailin qərarına reaksiyalar

Somali xarici işlər naziri Abdisalam Abdi Ali cümə günü Türkiyə xarici işlər naziri Hakan Fidan, Misir xarici işlər naziri Bədr Əbdüləti və Cibuti xarici işlər naziri Əbdülqədir Hüseyn Ömər ilə telefon danışığında iştirak edib. Söhbət zamanı tərəflər Somalinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bildiriblər.

Misir Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, müzakirədə suveren dövlətin sərhədləri daxilində bir bölgənin müstəqilliyinin tanınmasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozduğu və beynəlxalq nizam üçün "təhlükəli presedent" təşkil etdiyi fikri bölüşülüb.

Bəyanatda həmçinin dövlətlərin birliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətin beynəlxalq sistemin sabitliyi üçün vacib olduğu və bu prinsipin heç bir bəhanə ilə pozula bilməyəcəyi vurğulanıb.

Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt yazılı açıqlamasında İsrailin qərarını "beynəlxalq hüququn açıq şəkildə pozulması" kimi xarakterizə edərək, bunun dövlət suverenliyi və ərazi bütövlüyü prinsipinə zidd olduğunu vurğulayıb.

 

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd əl-Budavi də İsrailin Somalilandın müstəqilliyini tanımaq qərarını rədd edən və Moqadişo hökumətinə dəstəyini ifadə edən bir bəyanat yayıb.

Budavi İsrailin qərarının beynəlxalq hüquq prinsiplərinin ciddi şəkildə pozulması və Somalinin suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğunu bildirib.