İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) çərşənbə günü Hörmüz boğazı üzərində tam nəzarət qurduğunu açıqlayıb.
Fars Xəbər Agentliyinin məlumatına görə, SEPAH-ın yüksək rütbəli dəniz rəsmisi Məhəmməd Əkbərzadə bildirib ki, boğaz hazırda SEPAH-ın dəniz qüvvələrinin tam nəzarəti altındadır.
Hörmüz boğazı qlobal neft ticarəti üçün strateji əhəmiyyət daşıyır və dünya neft axınının təxminən 20 faizi bu keçid vasitəsilə daşınır.
CNN telekanalının məlumatına görə, bazar ertəsi günü boğazdan yalnız iki neft və kimyəvi məhsul tankeri keçib. Bu məlumat S&P Global Commodities at Sea şirkətinin statistik göstəricilərinə əsaslanır.
Adətən isə gündəlik olaraq təxminən 60 gəmi bu marşrutdan istifadə edir. Mövcud azalma enerji bazarlarında narahatlıq yaradıb.
Trampın açıqlaması
ABŞ Prezidenti Donald Tramp bildirib ki, zərurət yaranacağı halda ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında neft tankerlerini müşayiət edə bilər.
CNN-in məlumatına görə, İranın boğazı rəsmi şəkildə bağlaması mütləq deyil, lakin sığorta şirkətləri və neft operatorları risklər səbəbindən faktiki olaraq daşımaları dayandıra bilər.
Telekanal qeyd edib ki, Trampın risk sığortası təmin etmək təşəbbüsü hücum ehtimalı fonunda sığortasını itirən gəmilərin qorunmasına yönəlib.
Hörmüz boğazında gərginliyin artması qlobal enerji bazarlarına birbaşa təsir göstərir. Analitiklər bildirirlər ki, nəqliyyatın məhdudlaşması neft qiymətlərinin artmasına və tədarük zəncirində problemlərə səbəb ola bilər.
Regionda hərbi qarşıdurmanın davam etməsi fonunda boğazın təhlükəsizliyi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Hörmüz boğazı İranın tam nəzarətində