Rusiyadan bütün dünyanı təşvişə salacaq "3-cü dünya müharibəsi" çıxışı

ABŞ Prezidenti Donald Tramp çılğın və cinayətkar siyasətini davam etdirərsə, 3-cü Dünya Müharibəsi şübhəsiz ki, başlayacaq.

Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev söyləyib.

ABŞ-ın İrana hücum edərək amerikalıları təhlükəyə atdığını ifadə edən Medvedev deyib: "İranın nüvə silahı hazırlama səylərini ikiqat artıracağına artıq heç bir şübhə yoxdur". 

3-cü Dünya Müharibəsinin başlaması üçün artıq kiçik də olsa hər hansı bir hadisənin tətikləyici amil ola biləcəyini dilə gətirən Medvedev söyləyib: "Tramp çılğın və cinayətkar siyasətini davam etdirərsə, (müharibə) şübhəsiz başlayacaq".

Medvedev, Avropa İttifaqının İran məsələsində "ABŞ-ın vassalı" kimi hərəkət etdiyini bildirərək bunları qeyd edib: "Bu, ABŞ və müttəfiqlərinin qlobal hakimiyyətlərini qorumaq üçün apardıqları bir müharibədir. Donuzlar öz yem qablarını tərk etmək istəmirlər"

ABŞ-ın Rusiyadan qorxduğu qənaətində olan Medvedev, nüvə münaqişəsi təhlükəsinin dərk edildiyini və bunun da Rusiyanın təhlükəsizlik qarantı olduğunu vurğulayıb.