Katsdan sərt açıqlama: geri çəkilmə yoxdur
Sionist rejimin “təhlükəsizlik” naziri İsrael Kats çərşənbə axşamı verdiyi açıqlamada sionist rejimin Suriyadan “bir millimetr belə” geri çəkilməyəcəyini bildirib. O, eyni mövqenin Qəzzanın şimalına da aid olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, mövcud şərait İsrail üçün uzun müddətdir mövcud olmayan yeni imkanlar yaradıb və hökumət bu imkanlardan istifadə etməyə hazırdır.
Kats bu açıqlamanı İordan çayının qərb sahilində yerləşən Beyt Əl yaşayış məntəqəsində 1200 yeni mənzil vahidinin inşası münasibətilə keçirilən tədbir zamanı səsləndirib. O, çıxışında sionist rejim hökumətinin artıq “faktiki suverenlik mərhələsində” olduğunu iddia edərək, həyata keçirilən addımların təsadüfi deyil, geniş strateji baxışın tərkib hissəsi olduğunu bildirib.
Sionist nazirin açıqlamalarında ən diqqətçəkən məqamlardan biri Qəzzanın şimalı ilə bağlı planlar olub. Kats bildirib ki, sionist rejim hökuməti vaxtilə boşaldılmış yaşayış məntəqələrinin yerində yeni “məskunlaşma nüvəsi” yaratmağı planlaşdırır. Onun sözlərinə görə, bu proses “doğru üsulla və uyğun vaxtda” həyata keçiriləcək.
Katsın fikrincə, Qəzzanın şimalında atılacaq addımlar sionist rejimin uzunmüddətli təhlükəsizlik və siyasi strategiyasının tərkib hissəsidir. O, hökumətin uzaqmənzilli qərarları ardıcıl şəkildə icra etdiyini və bu qərarların bölgədə yeni reallıqlar formalaşdıracağını iddia edib.
İordan çayının qərb sahilində genişlənmə
Qeyd edək ki, sionist rejim hökuməti bundan əvvəl İordan çayının qərb sahilində 19 yeni yaşayış məntəqəsinin salınmasına razılıq verib. Bu qərar məskunlaşma siyasətinin genişləndirilməsi kimi qiymətləndirilib və fələstinli qruplar tərəfindən kəskin tənqid olunub. Həmas hərəkatı bu addımı “təhlükəli eskalasiya” adlandıraraq, bölgədə gərginliyin daha da artacağı barədə xəbərdarlıq edib.
Analitiklər hesab edirlər ki, yeni məskunlaşma qərarları İsrail-Fələstin münaqişəsində vəziyyəti daha da mürəkkəbləşdirə və beynəlxalq reaksiyalara səbəb ola bilər. Xüsusilə Qəzza ilə bağlı planların həyata keçirilməsi humanitar və siyasi baxımdan ciddi mübahisələr doğurur.
Suriyaya gəldikdə isə, sionist rejimin işğal etdiyi cənub bölgələrində nəzarəti genişləndirdiyi bildirilir. Məlumata görə, 8 dekabr 2024-cü ildə Suriyada əvvəlki hakimiyyətin süqutundan sonra sionist rejim qüvvələri ölkənin cənubunda geniş əraziləri nəzarətə götürüb və bölgədə irəliləməsini davam etdirib. Katsın son açıqlamaları bu mövqenin dəyişməyəcəyini və İsrailin Suriyadan geri çəkilməyi planlaşdırmadığını açıq şəkildə ortaya qoyur.
Müşahidəçilər hesab edirlər ki, həm Suriya, həm də Qəzza ilə bağlı bu bəyanatlar Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçdiyini göstərir.
Suriyadan geri çəkilməyəcəyik, Qəzzanın şimalında məskunlaşma qurulacaq