Hizbullah rəsmisi Əli Damus İsrail hücumları və işğalı davam etdiyi müddətcə müqavimətin silahsızlaşdırılmayacağını və ordu ilə münaqişəyə girməyəcəyini bildirib və Livan dövlətini birtərəfli güzəştlərə getdiyinə görə tənqid edib.
Hizbullah İcra Şurasının sədri Şeyx Əli Damus cümə günü verdiyi açıqlamada aşağıdakıları vurğulayıb:
“Silahları bir əldə birləşdirmək planının birinci mərhələsi yalnız sionist düşmən atəşkəs razılaşmasının tələblərini yerinə yetirdikdən sonra tamamlanmış hesab ediləcək.
Dövləti, ordunu və müqavimət bazasını müqavimətə qarşı qoymaq gözləntisi isə uğursuzluğa məhkumdur.
Əvvəlki təklif Livan ordusunun cənubdakı fəaliyyətinin İsrail düşməninin hücumlarını dayandırması və işğal olunmuş mövqelərdən geri çəkilməsi ilə əlaqələndirilməsi idi. Lakin bu təklif zamanla öz qüvvəsini itirib.
Ordu əməliyyatlarını davam etdirib və “birinci mərhələ” adlanan mərhələnin sonuna yaxınlaşır; lakin hücumlar dayanmayıb və geri çəkilmə baş verməyib. Əksinə, düşmən hücumlarını artırıb və ordunun atdığı addımları qulaqardına vurub.
Livan hakimiyyətinin əsas səhvlərindən biri də onların öz hərəkətlərini İsrail düşməninin müqavilə çərçivəsində öhdəlikləri ilə əlaqələndirməkdən yayınmasıdır. Bu, Livanın müqaviləni birtərəfli şəkildə həyata keçirdiyi təəssüratına səbəb olub.
Düşmən müqavilə üzrə öhdəliklərini yerinə yetirməyincə, yəni işğal olunmuş ərazilərdən geri çəkilmə, hücumların dayandırılması, əhalinin geri qayıtmasına icazə verilməsi və Cənubi Livanda zədələnmiş ərazilərin bərpası daxil olmaqla, sözdə birinci mərhələ başa çatmayacaq.
İsrail və Amerika düşmənlərinin davamlı hücumlarına və Livan dövlətinin atdığı addımlara və verdiyi güzəştlərə məhəl qoymamalarına baxmayaraq, bu güzəştlər davam edir.
İsrail atəşi altında belə, Litani çayının şimalına çəkilməyi və oradakı müqavimətin tərksilah edilməsini tələb edənlər var; lakin hücumları dayandırmaq və düşməni geri çəkilməyə məcbur etmək üçün ciddi səy göstərilmir.
Bu gün baş verən hər şey - istər hücumlar və sui-qəsdlər, istər siyasi təzyiq, mühasirə, iqtisadi və maliyyə məhdudiyyətləri, istərsə də daxili elementlərin təxribatları - Livanı və ordunu daxili münaqişəyə sürükləmək, onları müqavimətə qarşı təhrik etmək və Hizbullahı geri çəkilməyə və təslim olmağa məcbur etmək məqsədi daşıyır.
Müqavimət ordu ilə münaqişəyə girməyəcək, daxili münaqişəyə yol verməyəcək və geri çəkilməyə və ya təslim olmağa razı olmayacaq. Hizbullah hücumlar və işğal davam etdiyi müddətcə öz qanuni hüququna sadiq qalacaq. Müqavimətin qolunu qıra biləcəyini düşünən hər kəs ciddi şəkildə yanılır.”
Hizbullah rəsmisi: “Müqavimətlə ordu arasında heç bir gərginlik olmayacaq”