Ukrayna Rusiyanın kütləvi dron hücumuna məruz qalıb, 4 nəfər ölüb, 24 nəfər yaralanıb

Rusiya ordusunun bu gücə Ukrayna ərazisini PUA və qanadlı raketlərdən atəşə tutması nəticəsində bir sıra bölgələrdə dağıntılar meydana gəlib.

Bu haqda Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumatda həmçinin müxtəlif bölgələrdə sərnişin qatarlarının vurulduğu bildirib.

Daxili işlər naziri İqor Klimenko əldə olunan məlumata görə 2-si uşaq olmaqla 4 nəfərin həlak olduğunu bildirib.

Kiyev Metropoliten Hərbi Dairəsinin rəhbəri Tkaçenko azı 3 Kiyev sakininin həlak olduğunu, 24 nəfərin isə yaralandığını bildirib.