"Qarabağ" futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib

"Qarabağ" futbol klubu Azərbaycanın və özünün futbol tarixində ikinci dəfə  Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Ağdamı təmsil edən komanda ilk dəfə 2017-ci ildə Avropanın klublar üzrə ən prestijli futbol çempionatının 
eyni mərhələsinə yüksəlmişdi.

Ötən futbol mövsümündə Azərbaycan çempionu olan "Qarabağ" buna avqustun 27-də pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunu yarışdan kənarlaşdırmaqla nail olub. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Azərbaycan çempionu bu dəfə məğlub olub. Matç 2-3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Buna baxmayaraq, bu nəticə də "Qarabağ"a qruplara düşməyə kifayət edib. Bir həftə əvvəlki səfər oyununda "Qarabağ" "Ferentsvaroş"a 1-3 hesabı ilə qalib gəlmişdi. 

Buna qədərki təsnifat mərhələlərində "Qarabağ" İrlandiya və Şimali Makedoniya klublarını mübarizədən kənarlaşdırıb. 

Azərbaycan prezidenti İlham Əliyev sosial media hesablarında "Qarabağ"ın "bütün komanda heyətini və azarkeşlərini" təbrik edib.